"Qəbələ"yə məğlub olan “Neftçi”nin baş məşqçisi istefa verdi
17 oktyabr 2015 19:55 (UTC +04:00)

"Qəbələ"yə məğlub olan “Neftçi”nin baş məşqçisi istefa verdi

 

 

Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilən “Neftçi” - “Qəbələ” matçı ev sahibinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

 

Lent.az “qafqazinfo”ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında “Neftçi”nin baş məşqçisi jurnalistlərin qarşısına keçib və maraqlı açıqlamalar verib:

 

“Komanda pis oynamadı, amma problemlərimiz var idi. Rəqib əvəzetmələrlə oyunu gücləndirdi. Yenə də sonuncu dəqiqə qolu ilə məğlub olduq… Hər məşqçi əlinin altında iki eyni səviyyəli heyətin olmasını istər. Təəssüf ki, bizdə bu yoxdu. Bundan başqa zədəlilərimiz var. Ardıcıl iki məğlubiyyətdən sonra, məsuliyyəti öz üzərimə götürürəm. İstefa ərizəmi yazacam”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266

Oxşar yazılar