<b>Dünya əfsanəylə belə vidalaşır:</b> <span style="color:red;">“Gülə-gülə, çempion...”
04 iyun 2016 15:13 (UTC +04:00)

Dünya əfsanəylə belə vidalaşır: “Gülə-gülə, çempion...”

 

74 yaşında həyatla vidalaşan boks dünyasının əfsanəsi Məhəmməd Əlini məşhurlar da unutmadı. Boks dünyasının ən böyük ulduzlarından biri kimi göstərilən əfsanəvi yumruq dünyanın dörd bir yanında anılıb.

Məşhur simalar da sosial şəbəkələrdəki paylaşımları ilə Məhəmməd Əlinin xatirəsini yad ediblər.

 

Lent.az-ın məlumatına görə, futbolçu Devid Bekhem Məhəmməd Əli ilə fotosunu paylaşaraq bunları yazıb: “Ən böyük və ən yaxşı... Hüzur içində yat”.

 

Bir vaxtların Qalatasaray oyunçusu olan ulduz futbolçu Didier Drogba da Məhəmməd Əlinin Afrika səfəri zamanı yerli xalqla çəkdirdiyi bir fotonu paylaşaraq, “İnsanların gəlmiş -getmiş ən böyük çempionu. Hüzur içində yat” notunu qeyd edib.

 

Mayk Tayson da şəxsi sosial hesabında Məhəmməd Əlinin fotosunu paylaşaraq “Tanrı çempion üçün gəldi” sözlərini yazıb.

 

İngiltərə baş naziri Devid Kameron da özünün şəxsi Tvitter  səhifəsində boksçunun ölümü ilə bağlı bunları yazıb: “Əli təkcə idmançı və çempion deyildi. O həm də vətəndaş hüquqları dünyasının çempionu idi”.

 

Boks üzrə rusiyalı ekspert Vladimir Qendlin isə üzüntüsünü belə ifadə edib:” Boks heç vaxt Məhəmməd Əlisiz əvvəlki kimi olmayacaq. Bu cür döyüşçü olmayıb və olmayacaq da!”

 

Türkiyə futbolçusu Arda Turan da əfsanəvi boksçunun fotosunu paylaşaraq bunları qeyd edib:  “ Haqlı olduğunda kimsə xatırlamaz, amma haqsız olduğunda kimsə adını unutmaz. Allah rəhmət eləsin. Gülə-gülə, çempion”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286

Oxşar yazılar