Taekvandoçular qələbə ilə döndülər
15 oktyabr 2015 17:05 (UTC +04:00)

Taekvandoçular qələbə ilə döndülər

Dağıstanın Mahaçqala şəhərində Taekvondo növü üzrə Ümumrusiya açıq çempionatı keçirilib.

Lent.az-ın məlumatına görə,  yarışlarda ölkəmizi “Fateh”, “Fərəh”, “Sumqayıt”, “Qəbələ”, “Zenit” və “Fərasət” idman klubları təmsil edib. 5 ölkənin 500-ə yaxın idmançısının qatıldığı yarışlarda idmançılarımız ümumən 7 qızıl, 5 gümüş və 15 bürünc medal qazanıblar. Yarışlarda iştirak edən "Fateh" İdman Klubunun rəhbəri Elməddin Vəliyevin verdiyi məlumata görə, rəhbərlik etdiyi klub yarışda 9 idmançı ilə təmsil olunub və fatehçilər ölkəmizə 1 qızıl 1 gümüş və 4 bürünc olmaqla 6 medal qazandırıblar. Klubun rəhbəri qazanılmış qalibiyyətdən məmnun olduğunu və idmançılarımızın belə nəticə göstərməsinin ev sahibləri üçün gözlənilməz olduğunu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 253

Oxşar yazılar