Portuqaliya millisinin və “Real Madrid” klubunun ulduz oyunçusu Kriştiano Ronaldo gələcək planları haqqında danışıb. Lent.az-ın məlumatına görə, ulduz futbolçu gələcək karyerasında köhnə komandası, İngiltərənin “Mançester Yunayted” klubuna qayıtmaq istəyir. O, İspaniya mətbuatına açıqlamasında indiki komadasından çox məmnun olduğunu da bildirib. “Qarşıda “Real Madrid”lə 4 illik müqaviləm var. Amma gələcəyi zaman göstərər. Arzum budur ki, yenidən “Mançester Yunayted” forması geyinib. Oradakı ab-hava üçün darıxmışam. Hər bir klubda çətin zamanlar var. İndiki dövrdə ingilis klubu çətin vaxtlar keçirir. Amma yeni transferlərin köməyi ilə yenidən güclənəcək. Falkao və Di Maria yaxşı futbolçulardır. “Mançester Yunayted”in bu ilki transferlərini uğurlu hesab edirəm və yenidən qımızı formanı geyinəcəyimə inanıram”.

Oxşar yazılar

“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON
14 may 2025 , 22:00
Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46
Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi
14 may 2025 , 17:26
Fabreqasa söz verildi: Yay transferlərinə 100 milyon avro ayrılacaq
14 may 2025 , 14:24
"Yuventus"un yeni baş məşqçisi o olacaq
14 may 2025 , 12:12