"Yuventus" Neymarla danışıqlar aparır
26 iyun 2022 17:41 (UTC +04:00)

"Yuventus" Neymarla danışıqlar aparır

"Yuventus" PSJ-nin hücumçusu Neymarın transferində maraqlıdır. 

Lent.az xarici mediaya istinadla bildirir ki, mənbənin məlumatına görə, İtaliya komandası 30 yaşlı braziliyalının nümayəndələri ilə danışıqlara başlayıb. Neymarın Fransadakı gələcəyinin şübhə altında olduğu və PSJ-nin yay transfer pəncərəsində onunla ayrılmağa hazır olduğu qeyd edilir.

Daha əvvəl Neymarın İngiltərə Premyer Liqasında (APL) çıxış edərək karyerasını Londonun "Çelsi"sində davam etdirə biləcəyi bildirilirdi. Vurğulanırdı ki, futbolçunun transferi onun yüksək məvacibi - illik 35 milyon avro olduğuna görə çətinləşib.

Martın 11-də PSJ rəhbərliyinin Neymarı satmağı düşündüyü məlum olub. Komandanın sahibi, Qətər əmiri Tamim bin Hamad Əl Tani braziliyalının ötən mövsümdəki çıxışından narazı qalıb.

Neymar 2017-ci ilin yayından PSJ-də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Futbolçunun dəyəri 90 milyon avro olaraq qiymətləndirilir.

# 1989
avatar

Oxşar yazılar