9 ayda 4,6 milyard manat
Bu ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 milyard 562 milyon 764,5 min manat təşkil edib. Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, vergi daxilolmalarının 37,2 faizi mənfəət vergisinin, 24 faizi əlavə dəyər vergisinin, 12,9 faizi fiziki şəxslərin gəlir vergisinin, 8 faizi aksizlərin, 17,9 faizi isə digər vergilərin payına düşür.
Qeyri neft-qaz sektoru üzrə 2 milyard 462 milyon 265,1 min manat vəsait büdcəyə daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,1 faiz çoxdur.
Yanvar-sentyabr aylarında respublika üzrə 54 min 939 vergi ödəyicisi qeydiyyata alınıb. 2011-ci ilin iyul ayının 1-dən cari ilin oktyabr ayının 1-dək 43 min 921 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib. 1 oktyabr 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 467244 olub. 2012-ci ilin yanvar-sentyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,2 faiz təşkil edib.

Oxşar yazılar

Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04