Bakıda bu möhtəşəm ofis binası kimə tikilir? - FOTO - EKSKLÜZİV
Bir neçə ay sonra Bakıda “Azərsu” ASC-nin yeni binasının tikintisinə başlanılacaq. Lent.az-ın əldə etdiyi məlumata görə, yeni bina Bakının inzibati mərkəzinə çevriləcək Heydər Əliyev prospektində yerləşəcək. “Azərsu” ASC-nin yeni binasının tikintisini Almaniyanın “Heerim” korporasiyası həyata keçirəcək. Binanın ərazisi 31860 kvadrat metr olacaq. Artıq tikinti ilə bağlı şirkətlə “Azərsu” ASC arasında korporativ saziş də imzalanıb.
“Azərsu” ASC-dən xəbəri Lent.az-a təsdiqləyiblər. Cəmiyyətdən bildirilib ki, 2012-ci il ərzində yeni binanın təməli qoyulacaq.
Qeyd edək ki, hazırda “Azərsu” ASC-nin mərkəzi ofisi metronun “20 Yanvar” stansiyası yaxınlığında yerləşir. Həmin ərazi Bakıda tıxacların ən çox yarandığı yer kimi də tanınır.
Nizam RZA

Oxşar yazılar

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09