Hesablama Palatası Naxçıvanda və Tovuzda yoxlamalar aparacaq
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Palatadan Lent.az-a verilən məlumata görə, iclasda dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə, Bakı şəhər İcra hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən və dövlət büdcəsinin ehtiyat fondlarından Bakı şəhərinin yenidənqurma və abadlıq işlərinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, 9 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinə, dövlət büdcəsindən Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin saxlanılması üçün ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsinə dair Rəy və Hesabatlar müzakirə olunaraq təsdiq olunub. Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.
Kollegiya iclasında, həmçinin, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsi üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan şəhər 2 nömrəli Mənzil İstismar İdarəsinə ayrılan vəsaitlərin və digər mənbələrdən daxilolmaların proqnozlaşdırılması və icrasına, Tovuz rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair Audit proqramları da təsdiq edilib.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15