Bakıda ilk çoxmərtəbəli avtomobil dayanacağı hazırdır
Bakıda nəqliyyat sıxlığının qarşısının alınması məqsədi ilə müxtəlif layihələr həyata keçirilir. Lent.az-ın məlumatına görə, bu layihələr arasında şəhərin müxtəlif yerlərində çoxmərtəbəli avtomobil dayanacaqlarının tikintisi də var. Artıq ilk belə dayanacaq tikilib və tam hazır vəziyyətdədir.
Nəqliyyat Nazirliyindən Lent.az-a verilmiş məlumata görə, ilk çoxmərtəbəli avtomobil dayanacağı paytaxtın Üzeyir Hacıbəyov küçəsində (Malakan bağı ilə üzbəüz) istifadəyə veriləcək. Üzeyir Hacıbəyov 6 ünvanında yerləşən bu dayanacaq 5 mərtəbəlidir. Binanın 4 mərtəbəsində avtomobillər saxlanılacaq. Digər mərtəbədə isə avtomobillərə qulluq, həmçinin istirahət və xidmət obyektləri yerləşəcək.
Qeyd edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında Bakının nəqliyyat məsələsinə toxunub və parkinqlərin tikintisinin zəruriliyini qeyd edib. hazırda Bakının digər yerlərində də yeraltı və yerüstü avtomobil dayanacaqlarının tikintisi davam etdirilir.
Nizam RZA

Oxşar yazılar

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09