Azərbaycan dünyanın əsas fındıq istehsalçılarından birinə çevrilib
Bu gün Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə fındıq və meyvə qurusunun Avropa bazarına çıxarılması imkanlarına dair tədbir keçirilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, fındıq və meyvə qurusu istehsalı ilə məşğul olan sahibkarlar iştirak ediblər.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycanın dünya miqyasında fındıq istehsalının həcminə görə Türkiyə və İtaliyadan sonra üçüncü yerdə olduğunu nəzərə çatdırıb. O, Azərbaycanda bu sahədə istehsal olunan məhsulların potensial bazarlara çıxarılmasında sahibkarlara sistemli dövlət dəstəyi tədbirlərinin davam etdirildiyini bildirib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse prezidenti Vidadi Quliyev, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ) layihə rəhbəri Mark Bekmann və İstehlak Mallarının Ekspertizası Bürosunun nümayəndələri isə çıxışlarında Azərbaycanda özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərildiyini qeyd edib, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Tədbirdə Azərbaycandan fındıq, qoz, şabalıd, qurudulmuş meyvələr kimi məhsulların alınmasında maraqlı olan Almaniyanın “Schlüter&Maack” şirkətinin həmtəsisçisi Can Blase tərəfindən təqdimatlar keçirilib, Avropa bazarlarına, o cümlədən Almaniya bazarına məhsulun ixracı üçün əsas tələblər, keyfiyyət standartlarının tətbiqi, fındıq emalı məhsullarının rəqabət qabiliyyətinin daha da artırılması istiqamətində ixracatçılara tövsiyələr verilib. Sonda İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri sahibkarları maraqlandıran sualları cavablandırıblar.
Tədbir iştirakçıları daha sonra “BakFem” MMC-də istehsal prosesi ilə tanış olublar.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15