Azərbaycanda çörək istehsalının qanunauyğunluğu yoxlanılır
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küçəsi, 13 ünvanında Zemfira Hüseynovaya məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı çörəyin gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, habelə çörəyin qablaşdırılmasında mənşəyi məlum olmayan kağız paketlərdən istifadə edildiyi müəyyənləşdirilib.
Bundan başqa, yoxlama zamanı məhsulun üzərində istehsalçı müəssisənin adı, istehsal tarixi, enerji dəyəri, zülal, yağ və karbohidratlar barədə məlumatların qeyd edilmədiyi, habelə çörəyin laborator müayinədən keçirilmədən satıldığı aşkarlanıb. Qanun pozuntuları ilə əlaqədar, çörək istehsalının dayandırılması barədə Dövlət Xidməti tərəfindən sahibkar Zemfira Hüseynovaya icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam edir.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15