ARDNŞ İndoneziyada neft emalı zavodu tikəcək
0
0
İndoneziyanın “OSO Group” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birgə 4,8 mlrd. dollar dəyəri olan neft emalı zavodu tikməyi planlaşdırır.
“APA-ECONOMICS”in “Reuters”ə istinadən xəbərinə görə, bunu “OSO Group”un baş direktoru Mariano Asril bildirib.
O, ARDNŞ ilə qarşılıqlı anlaşma haqqında memorandumu bu ilin noyabrında imzalayacaqlarına inandığını söyləyib.
2017-ci ildə İndoneziyanın Batam adasında fəaliyyətə başlayacaq zavod gündə 600 min barel neft emal edəcək. M.Asril deyib ki, zavodun tikintisi müştərək qaydada, amma əsasən Azərbaycan tərəfindən maliyyələşdiriləcək: “Biz öz tərəfimizdən onlara bütün şərtləri – torpaq, tikintiyə icazə və s. təqdim edəcəyik”.