Daş karxanalarında yoxlama aparılacaq
18 oktyabr 2012 12:24 (UTC +04:00)

Daş karxanalarında yoxlama aparılacaq

Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin şöbə müdiri Mahir Yusubov söyləyib.

Mahir Yusubov bildirib ki, bu yoxlamalar zamanı istehsal edilən məhsullarda ciddi nöqsanlar aşkarlanıb. Onun sözlərinə görə, kərpic istehsalı müəssisələri də diqqət mərkəzində olub: “İki kərpic istehsalı müəssisəsində yoxlama aparmışıq. Müəssisələrdə istehsala qadağa qoyulub”.

O, bildirib ki, hazırda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə daş karxanalarında yoxlama aparılmasına hazırlıq görülür: “Məqsəd əhəng daşlarının ölçülərinin yoxlanılması, eyni zamanda həmin yerdə radioaktivliyin yoxlanılmasıdır. Çünki daş karxanaları yerləşən yerlərdə ildə bir dəfə radioaktiv yoxlama aparılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1585

Oxşar yazılar