Almaniya şirkəti Abşeron və Qobustan sahillərində neft axtaracaq
19 oktyabr 2012 14:26 (UTC +04:00)

Almaniya şirkəti Abşeron və Qobustan sahillərində neft axtaracaq

Bu gün Almaniyanın nüfuzlu RWE elmi-texniki şirkəti ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi bağlanıb. AMEA Geologiya İnstitutunun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məqsəd Abşeronun cənub hissəsinin və Qobustanın dənizlə quru ərazinin keçid zonasında neft-qazlılığın perspektivliyini öyrənməkdir.

Sənəd AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə və Almaniya təşkilatının Azərbaycan üzrə layihə meneceri Yürgen Şober tərəfindən imzalanıb. Akademik Akif Əlizadə deyib ki, bu ərazilərdə dənizin dərinliyi cəmi 20-30 metr olduğuna görə mövcud texnologiyalarla geofiziki tədqiqatlar aparmaq mümkün olmayıb. Lakin bu zolaqla olan qonşu quru və su sahələrində vaxtilə qazılmış məhsuldar quyular ərazinin perspektivli olduğuna inanmağa əsas verir. Ona görə də RWE həmin ərazidə bu günə qədər aparılmış tədqiqat və qazıma işlərinin nəticələrini yenidən təhlil etməyi, əlavə çöl işləri aparmağı və nəticədə zolağın perspektivliyini müəyyən etməyi Geologiya İnstitutuna sifariş edib. Müqavilə 1 illikdir, noyabrın 1-dən tədqiqat və çöl işlərinə başlamaq nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1606

Oxşar yazılar