Hesablama Palatası gələn ilin büdcə layihəsinə rəy verdi
Oktyabrın 30-da Hesablama Palatasının Kollegiya iclası keçirilib. Lent.az-ın Hesablama Palatasının rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında” qanun layihələrinə Hesablama Palatasının rəyləri geniş müzakirə edilərək təsdiq olunub rəylərin qanunvericiliyə uyğun olaraq Milli Məclisdə müzakirəyə tövsiyə olunması barədə qərar qəbul edilib.
Kollegiyada dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan Ağstafa rayon İcra hakimiyyətinə “Poylu-Xətai-Yenigün-Aşağı Göyçəli” avtomobil yolunun tikintisinə ayrılan vəsaitlərdən istifadənin, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan Bərdə rayon İcra hakimiyyətinə “Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı” avtomobil yolunun tikintisinə və Bərdə şəhər 6 nömrəli uşaq bağçasının əsaslı təmirinə ayrılan vəsaitlərdən istifadənin auditlərinin nəticələrinə dair hesabat və rəylər müzakirə olunaraq təsdiqlənib. Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb. Bundan əlavə, Kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Mədəniyyət və Turizm Nazirliyinə və onun tabeliyində olan mədəniyyət müəssisələrinə (seçmə qaydada) ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin yerli xərclərindən Lənkəran Mərkəzi şəhər Xəstəxanasına və Lənkəran şəhəri Maliyyə İdarəsi üzrə xəzinə əməliyyatlarının düzgünlüyünə və dövlət büdcəsinin yerli xərclərindən Cəlilabad rayon Təhsil şöbəsi, Mədəniyyət və Turizm İdarəsi və Cəlilabad rayon İcra hakimiyyətinin Cəlilabad şəhər inzibati-ərazi dairəsi üzrə nümayəndəliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit proqramları da təsdiq edilib.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15