Gələn il ölkəmizdə 2.8 milyon ton taxıl tədarük ediləcək
Bu ilin 9 ayının nəticələrinə əsasən, Azərbaycanın kənd təsərrüfatında artım 6,3% olub. Lent.az-ın məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. Nazir qeyd edib ki, bu il ölkədə 2 milyon 763 min ton taxıl tədarük edilib. Bunun 1 milyon 844 min tonu ərzaq buğdasıdır. Ötən illə müqayisədə məhsuldarlıq yüksək olub: “Belə ki, bu il taxılda məhsuldarlıq 1.6 faiz, buğda istehsalında 1.7 faiz artıb”.
Onun sözlərinə görə, gələcəkdə yeni fermer təsərrüfatlarının yaradılması və aqrar sahədə daha müasir texnologiyaların tətbiqi sahəsində taxıl, buğda və yem bitkilərinin tədarükü daha da artacaq: “Əkin sahələrindən səmərəli istifadə olunsa, mütərəqqi suvarma üsullarından istifadə olunarsa, bütün aqrotexniki tədbirlər zamanında həyata keçirilərsə, gələcək illərdə ölkədə kənd təsərrüfatı istehsalını azı 2 dəfə artırmaq olar”.
Nazir bildirib ki, ilkin proqnozlara görə gələn il ölkəmizdə 2.7-2.8 milyon ton taxıl tədarük ediləcək.
Anar Məcidzadə

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15