Bakı yeni don geyinir
Bakıda sovet illərində tikilmiş 4-5, 9 və 16 mərtəbəli binaların kütləvi təmirinə başlanılıb. Lent.az-ın məlumatına görə, şəhərin müxtəlif yerlərində keçən ildən pərakəndə formada başlayan təmir işləri hazırda bütün mərkəzi küçələri, qəsəbə və mikrorayonları əhatə edir. Təmir işləri özündə əsasən binaların fasadlarının və dam örtüyünün dəyişdirilməsini birləşdirir. Həmçinin binaların ön görünüş (fasad) hissəsindəki bütün pəncərələr dəyişdirilir. Bütün işlər isə sistemli halda, şəhərin ümumi arxitekturasına uyğun formada həyata keçirilir. Belə ki, binaların hamısı eyni rəngli üzlük daşlarla üzlənir. Eyni ölçü və formalı pəncərələr qoyulur, binaların damları, tüstü bacaları eyni formada yenidən qurulur. Ən çox diqqət çəkən məqam isə Azadlıq prospektinin mərkəzə gələndə sağ tərəfində, 8-ci mikrorayon ərazisində yerləşən 5 ədəd 16 mərtəbəli binanın yenilənməsidir.
Hazırda Bakının bəzi mərkəzi küçələrində: Həsənoğlu, F.Əmirov, Molla Cümə, S.Orucov, Təbriz küçələrində, Azərbaycan, Azadlıq, Qara Qarayev prospektlərində işlər davam etdirilir.
Bundan başqa Bayıl, sahil, Buzovna, Bakıxanov, Binəqədi, Biləcəri qəsəbələrində də sovet illərində tikilmiş binalarda da müvafiq işlər görülür.
Lent.az-ın məlumatına görə, yenilənmiş köhnə binaların fasad hissəsində çanaq antenlərinin, kondisionerin yerləşdirilməsinə də icazə verilmir.
Qeyd edək ki, zaman-zaman Bakıda sovet illərində tikilmiş binaların söküləcəyi, sakinlərin köçürüləcəyi ilə bağlı məlumatlar yayılır. Binaların şəhərin ümumi görünüşünə uyğunlaşdırılaraq təmiri isə əksər binaların hələ uzun illər əhalinin xidmətində olacağını göstərir.
Nizam RZA

Oxşar yazılar

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09