Azərbaycanda benzinin keyfiyyəti yüksələcək
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun texnoloji qurğularında mütəmadi aparılan yenidənqurma və modernləşdirmə işləri çərçivəsində 55 nömrəli katalitik krekinq qurğusunda texnoloji sxem təkmilləşdirilib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, qurğunun 200-cü bölməsinin xammalı olan vakuum distilatın qızdırılması üçün nəzərdə tutulan “İd-102” mövqeli istidəyişdiricilərin uzun müddətli istismarı nəticəsində yararsız hala düşməsi katalitik krekinq bölməsində müəyyən problemlər yaradıb.
Katalitik krekinq qurğusunun reaktor-regenerator blokunun ahəngdar işinin xammalın temperaturundan birbaşa asılı olması nəzərə alınaraq əlavə istidəyişdiricilərin quraşdırılmasına qərar verilib, qısa müddətdə 2 ədəd daha böyük istilikdəyişmə səthinə malik istidəyişdirici quraşdırılaraq texnoloji sxemə qoşulub. Yeni quraşdırılan istidəyişdiricilər yüksək oktanlı avtomobil benzinlərinin istehsalında xüsusi rol oynayan katalitik krekinq qurğusunda emala götürülən xammalın miqdarına və istehsal olunan məhsulların keyfiyyətinə öz müsbət təsirini göstərəcək.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15