Bakıya 22 milyon avroya alınmış gəmi gətirilib
Azərbaycanın sifarişi ilə Xorvatiyada hazırlanmış gəmi-bərələrdən biri artıq Bakıya gətirilib. Lent.az-ın məlumatına görə, “Bərdə” adı verilmiş gəmi-bərə 54 vaqon tutumludur. Bundan başqa, gəmi ilə müxtəlif təyinatlı (yük, minik və s.) avtomobillərin də daşınması mümkündür. Bu gəmi Azərbaycana 22 milyon avroya başa gəlib.
Xəzər Dəniz Dövlət Gəmiçiliyi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vüqar Sadıqov Lent.az-a bildirib ki, Xorvatiyanın Pula tərsanəsində hazırlanmış “Balakən” gəmi-bərəsi də artıq hazırdır və yaxın vaxtlarda Bakıya gətiriləcək: “Hazırda gəmilərin sənədləşmə işləri həyata keçirilir. Bundan sonra gəmilərin təntənəli açılış mərasimi keçiriləcək və onlar istismara veriləcək. Beləliklə də Azərbaycanın gəmi-bərələrinin sayı 13-ə çatacaq. Bu gəmi bərələr əsasən Bakı-Aktau və Bakı-Türkmənbaşı istiqamətində hərəkət edəcək. Gəmilər son texnologiya ilə təmin olunub, tam kompüterləşdirilib”.
Qeyd edək ki, gəmilər Azərbaycana ümumilikdə 44 milyon avroya başa gəlib.
Nizam RZA

Oxşar yazılar

Bakıda Su Həftəsi keçiriləcək
20 avqust 2025 , 15:54
Birbank Biznes-də dostluq qazandırır
20 avqust 2025 , 12:54
Qadınları Dəstəkləyən Dəb: Pinko Fəlsəfəsi
19 avqust 2025 , 17:21“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
19 avqust 2025 , 11:57
“Unibank”ın yay kampaniyası avqustun 31-dək uzadılıb
19 avqust 2025 , 11:10
Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43