“Balakən” və “Bərdə” gəmi-bərələri istismara verilib
Prezident İlham Əliyev noyabrın 13-də Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Balakən” və “Bərdə” gəmi-bərələrinin istismara verilməsi mərasimində iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, gəmi kapitanı Rasim Nəzərov gəmi-bərələrin istismara hazır olması barədə Prezident İlham Əliyevə raport verib.
Dövlət başçısı “Balakən” gəmi-bərəsi ilə yaxından tanış olub. Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov gəmiçiliyin nəqliyyat donanmasının yenilənməsi ilə bağlı görülən işlər barədə prezidentə məlumat verib. Bildirilib ki, istismara hazır olan gəmi-bərələr ötən ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilib. Yükdaşıma qabiliyyəti 54 vaqon, uzunluğu 155 metr, eni 18 metr olan gəmi-bərənin suya oturumu 4,5 metrdir. Bərələr Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Eyni vaxtda bir neçə növ neft məhsulu daşıya bilən bərələr Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmaqla nəqliyyat donanmamızı daha da zənginləşdirəcək.
Dəniz nəqliyyatının inkişaf etdirilməsinə böyük əhəmiyyət verən prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər gəmiçiliyin donanması 10 tanker və 4 gəmi-bərə ilə öz imkanlarını daha da genişləndirib. “Bərdə” və “Balakən” ilə birlikdə yeni gəmilərin sayı 16-ya çatdırılıb. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri də yaxın gələcəkdə tikintisi başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınacaq yükləri vaxtında Xəzərin o tayına və əks istiqamətə çatdırmaqdır.
Prezident İlham Əliyev gəminin texniki parametrləri və imkanları ilə tanış olduqdan sonra onun istismara verilməsini bildirən düyməni basıb.

Oxşar yazılar

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09