Ağdaşın su və kanalizasiya sistemləri yenidən qurulur
04 dekabr 2012 16:20 (UTC +04:00)

Ağdaşın su və kanalizasiya sistemləri yenidən qurulur

Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının ikinci mərhələsi başlanıb.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bu mərhələdə Ağdaş şəhərinin su təchizatı və kanalizasiya şəbəkələri yenidən qurulacaq, sugötürücü qurğuların tikintisi başa çatdırılacaq.

Layihəyə uyğun olaraq Ağdaş şəhərinin içməli su şəbəkəsinin yenidən qurulması məqsədi ilə 134 kilometr uzunluğunda şəhərdaxili su xətləri çəkilməlidir. Noyabr ayında inşaat işləri başlanandan 1 km uzunluğunda su xətti çəkilib. Bununla paralel olaraq tikintisi nəzərdə tutulan 121 km kanalizasiya xəttinin 3 km-lik hissəsində işlər başa çatdırılıb. Layihəyə əsasən 7600 ünvan paylayıcı su şəbəkəsinə, 5250 ünvan isə kanalizasiya şəbəkəsinə qoşulacaq. Ağdaş şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 2 subartezian quyusu qazılacaq və hər birinin tutumu 2000 kubmetr olan 2 su anbarı tikiləcək.

Qeyd edək ki, “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Ağdaş şəhəri ilə yanaşı Göyçay, Beyləqan, Balakən və Ağcabədi şəhərlərinin də su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1015

Oxşar yazılar