Ekspress qatarların ləğv edilməsinin səbəbi açıqlandı
Lent.az verdiyi məlumata görə, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov söyləyib.
Arif Əsgərov deyib ki, ölkənin bir sıra şəhərlərinə hərəkət edən ekspress qatarların ləğv olunması və ya onların vaqonlarının sayının azaldılması bu qatarlardan istifadə edənlərin sayının azalması ilə bağlıdır: “Bu gün Azərbaycanda yeni avtomobil yollarının tikintisindən sonra bu yollarla hərəkət edən avtobusların sürəti artıb. Buna görə də vətəndaşlarımız avtomobillə səyahət etməyə üstünlük verirlər. Amma gələcəkdə dəmir yolunda rekonstruksiya işləri başa çatandan sonra qatarların sürətini saatda 140 kilometrə çatdırmaq mümkün olacaq. Yəqin ki, elə vəziyyətdə dəmir yoluna maraq artacaq”.
Arif Əsgərov bildirib ki, Bakı ətrafında elektrik qatarlarının bərpası nəzərdə tutulmur: “Amma Bakı-Sumqayıt marşrutu ilə belə bir elektrik qatarının işə düşməsi məsələsinə baxılır”.
Ramiz

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15