(R) DəmirBank-ın Lənkəran filialı yeni ünvanda - FOTO
Son 2 ildə 10 filialını yeni ofislərə köçürən DəmirBank, Lənkəran filialını da korporativ standartlara uyğun təmir edilmiş daha rahat və geniş ofisə köçürüb. Lənkəran şəhəri, Səttərxan küçəsi 27 ünvanında (AB Qala otelinin yaxınlığında) yerləşən Lənkəran filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir.
Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətləri təklif edir.
“2010-cu ildə Bankda hazırlanmış və təsdiq edilmiş “Filial ofislərinə tələblər”ə və “Filial ofislərinin korporativ interyer dizayn standartları”na uyğun olaraq, DəmirBank bir çox işlər həyata keçirir. Son 2 ildə DəmirBank 10 filialını yeni ofislərə köçürüb və daha 2 - 3 filialın köçürülməsi nəzərdə tutulur. Bankın yeni filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam edir”, – deyə İdarə Heyəti Sədrinin müavini Yusif Cabbarov bildirib.
Hazırda DəmirBank-ın 31 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.
Ölkənin ilk banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Oxşar yazılar

Emin Ağalarov kazino açmasına görə tənqidlərə cavab verib
3 avqust 2025 , 12:13
Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20