Səlim Müslümov Türkiyə səfiri ilə görüşüb
DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın sığorta-pensiya sistemi barədə ətraflı məlumat verən Səlim Müslümov səfirə bildirib ki, həyata keçirilən islahatlar nəticəsində vətəndaşların pensiya hüquqlarının fərdi uçotun məlumatları əsasında müəyyənləşdirilməsi, beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilib.
Diplomatın diqqətinə çatdırılıb ki, hazırda 2 milyon 150 mindən artıq sığorta olunana (bunlardan 13 min 272 nəfəri xarici ölkələrin vətəndaşlarıdır) sosial sığorta nömrəsi verilib, onlar üçün fərdi hesab açılıb.
Görüş çərçivəsində Türkiyənin ölkəmizdəki səfiri Fondun mərkəzləşdirilmiş idarəetmə, fərdi uçotun avtomatlaşdırılması sistemləri ilə yaxından tanış olub. Bildirilib ki, müasir standartlara uyğun qurulmuş sığorta-pensiya sisteminin idarə olunmasını avtomatlaşdırmaq üçün Fondun 3 departamenti və 82 rayon (şəhər) şöbəsindən 77 şöbə yeni müasir ofis binaları ilə təmin olunub, 85 yerli şöbənin lokal şəbəkələri mərkəzi informasiya bazasına birləşdirilərək Fondun korporativ şəbəkəsi formalaşdırılıb. Son dövrlər sistemdə əhaliyə göstərilən elektron xidmətlərin əhatə dairəsi genişləndirilərək, bu xidmətlərin sayı 20-yə çatdırılıb.
Türkiyə səfiri Azərbaycanın sığorta-pensiya sistemində həyata keçirilən islahatları yüksək dəyərləndirib və Fondun fərdi uçot sisteminin fəaliyyəti ilə bilavasitə tanış olub. Görüşdə iki ölkənin sığorta-pensiya sahəsində əməkdaşlığının daha da inkişaf etdirilməsi barədə də müzakirələr aparılıb.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15