Şirvanda 35,5 ton saxta sement satışdan çıxarılıb
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ötən aydan sement bazarında apardığı monitorinqləri davam etdirir. İndiyədək həyata keçirilən yoxlama-reydlərin hər birində saxta və satışa yararsız məhsullar aşkarlanaraq dövriyyədən çıxarılıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Şirvan şəhərində keçirilən növbəti monitorinqdə də belə hallar qeydə alınıb. Belə ki, şəhərin 1 May küçəsində yerləşən və fiziki şəxs Tofiq Abdulova məxsus sement satışı obyektində ümumi çəkisi 35,5 ton olan 710 kisə mənşəyi məlum olmayan sement aşkar olunub. Müəyyən edilmiş mənşəyi məlum olmayan sement dövriyyədən çıxarılıb və onun keyfiyyətinin yoxlanması üçün götürülmüş nümunə laborator müayinəyə göndərilib.
Xatırladaq ki, İstehlak Bazarına nəzarət üzrə Dövlət Xidməti ilin əvvəlindən bəri bazarlarda 535 tona yaxın saxta sement aşkarlayıb.
Elxan SALAHOV

Oxşar yazılar

Yaxın Şərqdəki hadisələrə görə AZAL-ın ləğv olunan reyslərinin SİYAHISI
16 iyun 2025 , 15:08
Bakının bu prospektində yeni hərəkət zolağı yaradıldı
15 iyun 2025 , 17:52
"Azercell" gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
14 iyun 2025 , 11:06
Hansı ölkələrdə istilik, qazla bağlı bu üsullardan istifadə olunur? - Deputatdan ETİRAZ
13 iyun 2025 , 13:45
Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!
13 iyun 2025 , 10:33
Bakını bu hissəsində işıq olmayacaq
13 iyun 2025 , 09:36
“Unibank”dan kredit götürün — premium səviyyəli səyahət hədiyyəniz olsun
12 iyun 2025 , 15:40