Ev bazarındakı canlanma öldü
0
0
İpoteka kreditləri vasitəsilə satılan bilməyən evlərdə ucuzlaşma müşahidə olunur
İyul ayında Bakının mənzil bazarındakı avktivlik əvvəlki aylarla müqayisədə xeyli aşağı düşüb. Yüksək qiymətə satılan evlərdə isə hətta ucuzlaşma qeydə alınıb.
“MBA konsaltinq” şirkətinin rəhbəri Nüsrət İbrahimov Lent.az-a açıqlamasında bildirib ki, iyun ayında ipoteka kreditləri vasitəsilə satıla bilən evlərin qiyməti 3,7 faiz artdığı halda, ötən ay daha çox sabitləşmə ilə yadda qalıb. Onun sözlərinə görə, iyunda mənzil bazarında aktivlik də 38 faiz olub.
“Amma iyulda aktivləşmə də bir qədər səngiyib. Araşdırmalar göstərir ki, ipoteka kreditlərinin verilməsindən sonra mənzil bazarında yaranmış ajiotaj artıq başa çatıb. İndi əvvəlki canlanma da müşahidə olunmur. Hətta orta qiymətdən yuxarı mənzillərdə xeyli ucuzlaşma var” - deyə, Nüsrət İbrahimov bildirib.
Ekspert mənzil bazarında aktivliyin aşağı düşməsini ucuz qiymətli evlərin satılıb qurtarması ilə əlaqələndirib. Onun sözlərinə görə, iyun ayında bazarda yaranmış aktivlik ipoteka kreditləşməsinin başlanması ilə əlaqədar idi. İndi isə ipoteka kreditləri vasitəsilə satıla bilən ucuz evlər demək olar ki, yoxdur. Ona görə də daha yüksək qiymətli mənzillərdə ucuzlaşma meylləri müşahidə olunur.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05