400-dən çox vətəndaşa 17 milyon manatlıq ipoteka krediti verilib
0
0
İki ayda ipoteka krediti almaq üçün 1350-dən artın müraciət daxil olub
Azərbaycanda ipoteka kreditləşməsinin bərpa edilməsinin iki ayı tamam oldu. Bu müddət ərzində müvəkkil kredit təşkilatları tərəfindən adi ipoteka krediti almaq üçün 1200-dən artıq, güzəştli ipoteka krediti almaq üçün isə 150-yə yaxın vətəndaşın rəsmi müraciət ərizələri qəbul edilmişdir.
Bu barədə Lent.az-a Azərbaycan İpoteka Fondundan bildiriblər. Fondun mətbuat xidmətinin məlumatına görə, iyunun 1-dən daxil olmuş müraciətlər üzrə kredit məbləğlərinin ümumi həcmi 51 milyon manatdan çox olub. Bu məbləğin 5 milyon manata yaxını güzəştli ipoteka krediti almaq istəyən vətəndaşların müraciətləridir.
Fondda deyirlər ki, ötən iki ay ərzində müraciət edən vətəndaşların 400-dən çoxu ipoteka kreditlərindən faydalana bilib. Verilmiş kreditlərin ümumi həcmi isə 17 milyon manatdan çoxdur. Təkcə iyul ayı ərzində verilmiş ipoteka kreditlərinin həcmi 16 milyon manatı keçib.
Edxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05