Əmlakın qeydiyyatına görə haqq
0
0
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumlarına göstərilən xidmətlərə görə xidmət haqqı almaq səlahiyyəti verilib
Tarif Şurasının daşınmaz əmlakın qeydiyyatı üzrə xidmətlərə görə iyulun 31-də müəyyən etdiyi qiymətlər bu gündən qüvvəyə minir. Şuranın sonuncu iclasında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli strukturlarının xidmətləri üzrə tarifləri təsdiqlənib.
Tarif Şurasının katibliyindən Lent.az-a bildiriblər ki, yeni qiymətlər 10 istiqamət üzrə göstərilən xidmətlərə şamil olunacaq. Buraya daşınmaz əmlakın dövlət reyestrində məlumatların yoxlanılması, müqayisə edilməsi və əmlak barədə məlumatların reyestrə daxil edilməsi, daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi (daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi istisna olmaqla), hüquq sahibinin müraciəti əsasında daşınmaz əmlakın sxematik bölgüsünün aparılması, daşınmaz əmlakın ünvanının təyin edilməsi və məlumatların verilməsi, daşınmaz əmlak obyektinin, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əmlakın müayinə edilməsi, daşınmaz əmlakın inventar dəyərinin hesablanması, təkrar texniki inventarlaşdırılması sahələrindəki xidmətlər daxildir. Şuranın qəbul etdiyi baza tarifləri ölçüsü əməliyyatın növündən asılı olaraq, 40 qəpikdən 60 manatadək dəyişir.
Xatırladaq ki, ölkə başçısının 2009-cu il 24 iyun tarixli, 116 nömrəli fərmanı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumlarına fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlərə görə xidmət haqqı almaq səlahiyyətləri müəyyən edilib. Tarif Şurasının müəyyən etdiyi qiymətlər tariflərin təsdiqlənməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli strukturlarının fəaliyyəti üçün maliyyə əsaslarını təmin edəcək.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05