Roman Abramoviç İstanbulun şimalında və Boğaziçi sahilində yerləşən malikanəni 18 milyon dollara alıb,
Lent.az bildirir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri yazır.
Jurnalistlərin məlumatına görə, söhbət ümumi sahəsi 9,6 kvadrat kilometr, ikisi tikili olan mülkdən gedir və helikopter meydançasının tikintisinə icazə verilən ərazinin ətrafında artıq hündür divarlar ucalmağa başlayıb.
Biznesmenin nümayəndələri alışla bağlı məlumatları təkzib edirlər. "Ümumiyyətlə, bu doğru deyil", - “Forbes” nəşrə şərh vermək xahişinə cavab olaraq onlardan birinin sözlərini sitat gətirir. 2022-ci ilin dekabrında media Abramoviçin Türkiyə metropolisində məskunlaşmaq planlarından xəbərdar olub. Həmin vaxt ev almaq niyyəti də rədd edilib.
Daha əvvəl uzun illər həmin malikanədə təriqət lideri Adnan Oktar yaşayıb. Keçən ilin payızında o, yetkinlik yaşına çatmayanlara qarşı cinsi təcavüz və qəddarlıqda təqsirli bilinərək 8658 il müddətinə azadlıqdan məhrum edilib.