Almaniya və Polşa “Leopard-2” tanklarının təmiri mərkəzi açacaq
14 iyun 2023 06:10 (UTC +04:00)

Almaniya və Polşa “Leopard-2” tanklarının təmiri mərkəzi açacaq

Almaniya və Polşa Ukraynaya təhvil verilmiş və müharibə zamanı sıradan çıxmış Almaniya istehsalı olan “Leopard-2” tanklarının təmiri mərkəzinin yaradılması üzrə danışıqların yekun mərhələsinə daxil olublar.

APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentlik Almaniyanın Polşadakı səfirinə istinadla xəbər verir ki, danışıqlar yaxın günlərdə, iyulun 11-12-də Vilnüsdə NATO sammiti başlamazdan əvvəl başa çatmalıdır. Bu mərkəzdə alman hərbi texnikasının təmiri üçün lazım olan ehtiyat hissələrinin saxlanması planlaşdırılır.

Aprel ayında Almaniyanın müdafiə naziri Boris Pistorius Polşada bu tanklara texniki xidmət və təmir mərkəzinin yaradılması ilə bağlı razılıq əldə edildiyini açıqlamışdı. Yanvarın 25-də Almaniya hökuməti Ukraynaya 14 “Leopard 2” göndərəcəyini təsdiqləyib.

“Leopard 2” qlobal silah bazarında ən qabaqcıl döyüş tanklarından biri hesab olunur. Bununla belə, problemlərdən biri texniki xidmət üçün çox tələbkar olan sistemin mürəkkəbliyidir, buna görə də bir xidmət mərkəzinin açılması qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1620

Oxşar yazılar