Azal İstanbulun Sabiha Gökçen aeroportuna uçuşları dayandırır
16 noyabr 2026 09:25 (UTC +04:00)

Azal İstanbulun Sabiha Gökçen aeroportuna uçuşları dayandırır

0

Azərbaycan Hava Yolları (AZAL) 2027-ci il yanvarın 4-dən etibarən Bakı-İstanbul marşrutu üzrə bütün reyslərini İstanbul Beynəlxalq Hava Limanı (IST) vasitəsilə həyata keçirməyi planlaşdırır.

Lent.az Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.

Məlumata görə, bu dəyişiklik aviaşirkətin uçuş proqramının optimallaşdırılması çərçivəsində həyata keçirilir və reyslərin regionun ən böyük beynəlxalq aviasiya qovşaqlarından birində cəmləşdirilməsini nəzərdə tutur.

“Məqsəd uçuşların təşkilində səmərəliliyi artırmaq, eyni zamanda İstanbul Beynəlxalq Hava Limanının geniş beynəlxalq marşrut şəbəkəsi sayəsində sərnişinlərə növbəti səyahətlərini planlaşdırmaq üçün daha əlverişli imkanlar yaratmaqdır”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, sosial şəbəkələrdə AZAL-ın yeni ildən İstanbulun Sabiha Gökçen Beynəlxalq Hava Limanına uçuşları dayandıracağı barədə məlumatlar yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 132

Oxşar yazılar