AZAL İstanbul və Ankaraya uçuşları dayandırdı
28 aprel 2021 17:27 (UTC +04:00)

AZAL İstanbul və Ankaraya uçuşları dayandırdı

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Türkiyənin İstanbul və Ankara şəhərlərinə uçuşları müvəqqəti dayandırır.

Bunu "APA-Economics"ə AZAL-ın prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib. 

Onun sözlərində görə, Bakı-İstanbul-Bakı (J2175/176) 29 aprel 2021-ci il – 16 may 2021-ci il tarixlərinə və Bakı-Ankara-Bakı (J2 103/104) 29 aprel 2021-ci il – 13 may 2021-ci il tarixlərinə olan reyslər ləğv edilir.

Bununla yanaşı, Bakı-Antalya-Bakı (J2 125/126) 12 may 2021-ci il tarixli reysi də ləğv olunub.

Qeyd edək ki, buna səbəb sərnişin axaınının aşağı olmasıdır.

# 2772
avatar

Oxşar yazılar