Turistlərin sayı yerli əhalidən çoxdur - Avropanın ən izdihamlı yerləri
27 avqust 2026 16:21 (UTC +04:00)

Turistlərin sayı yerli əhalidən çoxdur - Avropanın ən izdihamlı yerləri

0

Avropada turist sıxlığının ən yüksək olduğu bölgələr müəyyənləşib. Siyahıda Yunanıstan, İtaliya, Xorvatiya, İspaniya, Avstriya və Portuqaliyanın məşhur turizm məkanları yer alıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Eurostat”ın 2024-cü ilə dair məlumatlarına əsasən, Yunanıstanın Cənubi Egey və İoniya adaları turistlərin əhali sayına nisbətdə ən çox gecələdiyi bölgələr olub.

Araşdırmada Avropa İttifaqının əhalisi 150 mindən 800 minədək olan kiçik regionları müqayisə edilib.

Cənubi Egey regionunda hər bir yerli sakinə təxminən 127 turist gecələməsi düşüb. Kiklad və Dodekanes adalarını, o cümlədən Santorini və Rodos kimi məşhur istiqamətləri əhatə edən bölgədə 2024-cü ildə ümumilikdə 41,5 milyon turist gecələməsi qeydə alınıb. Regionun əhalisi isə təxminən 326-328 min nəfər olub.

İkinci yerdə Korfu və Zakintos kimi məşhur adaların daxil olduğu İoniya adaları qərarlaşıb. Burada hər bir sakinə 103 turist gecələməsi düşüb. 2024-cü ildə bölgədə turistlərin gecələmə sayı 20,5 milyondan çox, əhali isə təxminən 200 min nəfər təşkil edib.

Məlumata görə, həddindən artıq turist axınının təsiri Yunanıstanla yanaşı, İtaliya, Xorvatiya, İspaniya, Avstriya və Portuqaliyanın bir sıra bölgələrində də xüsusilə hiss olunur.

Avropada turist sıxlığının ən yüksək olduğu 10 region:

  1. Cənubi Egey – Yunanıstan
  2. İoniya adaları – Yunanıstan
  3. Cənubi Tirol – İtaliya
  4. Adriatik sahilləri – Xorvatiya
  5. Balear adaları – İspaniya
  6. Krit – Yunanıstan
  7. Tirol – Avstriya
  8. Alqarve – Portuqaliya
  9. Kanar adaları – İspaniya
  10. Zalsburq – Avstriya

Mütəxəssislər turistlərin sayının yerli əhali ilə müqayisədə kəskin artmasının nəqliyyat, mənzil, kommunal xidmətlər və təbiətə düşən yükü artırdığını bildirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar