Azərbaycanda bu maşınların satışı ƏDV-dən azad olunacaq
16 iyun 2023 12:16 (UTC +04:00)

Azərbaycanda bu maşınların satışı ƏDV-dən azad olunacaq

Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.


Layihəyə əsasən, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışının 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunacaq.

Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2438

Oxşar yazılar