"Azercel" “Kinon” tətbiqinin funksionallığını genişləndirir
26 dekabr 2025 11:48 (UTC +04:00)

"Azercel" “Kinon” tətbiqinin funksionallığını genişləndirir

0

Azercell rəqəmsal əyləncə sahəsində istifadəçi təcrübəsini daha da zənginləşdirərək “Kinon” tətbiqinin “Android” əməliyyat sistemi üçün tam yenilənmiş, daha müştəriyönümlü həllini təqdim edib. Yenilənmə çərçivəsində tətbiqin funksionallığı əhəmiyyətli dərəcədə genişləndirilib və istifadəçi ehtiyacları nəzərə alınaraq daha rahat və çevik istifadə imkanları yaradılıb.

İndi təkmilləşdirilmiş “Kinon” tətbiqində məzmun daha sürətli yüklənir, videolar daha stabil və axıcı şəkildə izlənilir. Yenilənmiş interfeys müasir dizayn prinsiplərinə uyğun olaraq hazırlanıb, yaddaş və batareya optimizasiyası isə mobil cihazların resurslarından daha səmərəli istifadəni təmin edir.

“Kinon” tətbiqi istifadəçilərə eyni anda 260-dan çox yerli və xarici TV kanalını izləmək imkanı yaradır. Bundan əlavə, “Premier”, “Viju” və “Wink” kimi beynəlxalq onlayn kinoteatrlar da bir platformada birləşdirilib.

Yenilənmiş “Kinon” tətbiqi artıq “Android” üçün “Google Play” mağazasında əlçatandır: https://onelink.to/3gnet5

Ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/digital-solutions/kinon-plus.html

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar