"Azercell" beynəlxalq “Etik Satınalma və Təchizat” sertifikatına layiq görülüb
19 noyabr 2025 11:01 (UTC +04:00)

"Azercell" beynəlxalq “Etik Satınalma və Təchizat” sertifikatına layiq görülüb

0

Lider mobil operator CIPS Korporativ Etika Reyestrinə daxil olan ilk Azərbaycan şirkəti oldu

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC “Satınalma və Təchizat üzrə Britaniya Kral Assosiasiyası” (CIPS – The Chartered Institute of Procurement & Supply) tərəfindən təqdim olunan Etik Satınalma və Təchizat üzrə Korporativ Sertifikat ilə təltif olunub. Dünyada cəmi 170-ə yaxın şirkətin daxil olduğu CIPS Korporativ Etika Reyestrində Azercell Azərbaycanın yeganə təmsilçisidir.

Şirkətin Satınalma departamenti CIPS-in ESG (ekologiya, sosial və idarəetmə) prinsiplərinə əsaslanan “Etik Satınalma və Təchizat” proqramını uğurla tamamlayaraq ətraf mühitin mühafizəsi, insan hüquqlarının qorunması, eləcə də rüşvət və korrupsiya ilə mübarizə sahələrində yüksək nəticələr əldə edib.

Bu nailiyyət Azercell-in satınalma fəaliyyətində beynəlxalq etik tələblərə sadiqliyini və təchizat zəncirində dayanıqlılığı davamlı olaraq gücləndirdiyini təsdiqləyir. Həmçinin şirkətin etik biznes mühitinin və ESG prinsiplərinə əsaslanan idarəetmə modelinin inkişafına verdiyi önəmi də bir daha gündəmə gətirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar