"Azəriqaz" rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
20 sentyabr 2023 10:31 (UTC +04:00)

"Azəriqaz" rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

SOCAR “Azəriqaz” İB rəhbərliyinin Kürdəmir  rayonunda vətəndaş qəbulu keçiriləcək.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 22 sentyabr saat 11:00-da YAP-ın inzibati binasında baş tutacaq görüş zamanı Kürdəmir, Ucar və Zərdab rayonlarının sakinlərinin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 055-999-42-04; 020-255-00-16) müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2082

Oxşar yazılar