Bakıda 31 marşrut xətinə  əlavə 112 avtobus   verildi
11 sentyabr 2023 18:15 (UTC +04:00)

Bakıda 31 marşrut xətinə əlavə 112 avtobus verildi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bütün marşrut xətlərini təhlil edib və marşrut xətlərində avtobus sayı gündəlik nəzarətə götürülüb.

Agentlikdən Lent.az-a verilən məlumata görə, sərnişindaşınma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur.

“Hazırda 31 marşrut xətti üzrə sərnişindaşımaya əlavə olaraq 112 avtobus cəlb edilib. Həmin nəqliyyat vasitələri sərnişin tələbatı daha çox müşahidə edilən 1, 2, 3, 6, 7A, 11, 13, 14, 21, 33, 38, 40, 46, 49, 60, 71, 77, 79, 88, 96, 114A, 114B, 119, 125, 133, 136, 160, 165, 199, 206 və M8 marşrut xətlərinə buraxılıb. Müxtəlif marşrutlar üzrə xətlərə əlavə avtobusların cəlb edilməsi prosesi davam etdirilir. İctimaiyyətə bu barədə məlumat veriləcək”, -  məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2461

Oxşar yazılar