Bakıdan Şuşaya hər gün avtobus gedəcək -  Bu TARİXDƏN
25 iyun 2022 17:40 (UTC +04:00)

Bakıdan Şuşaya hər gün avtobus gedəcək - Bu TARİXDƏN

Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb.

Bu barədə Lent.az-a  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, iyul ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftənin bütün günləri səfər edə biləcəklər. İyul ayına olan biletlər iyunun 27-i, saat 15:00-da satışa çıxarılacaq.

# 1617
avatar

Oxşar yazılar