Amerikalı milyarder, “Microsoft” korporasiyasının təsisçilərindən biri, şirkətin təxminən 1 faizinə, yəni təxminən 103 milyon səhmə sahib olan Bill Qeyts şəxsi sərvətini 2 milyard dollar artırıb.
Lent.az bildirir ki, “Fortune” jurnalinin xəbərinə görə, bu, Redmonddan olan şirkətin top menecmentinin investorlarla əlaqə saxlamasından sonra mümkün olub.
Qeyd olunur ki, korporasiyanın gələcəyi ilə bağlı nikbin proqnozlardan qısa müddət sonra şirkətin səhmlərinin qiyməti 9 faiz artaraq onun bazar dəyərini 174 milyard dollar artırıb.