2022-ci ildə 8500 dollar milyonçusu Ukraynanın genişmiqyaslı işğalından sonra kapitalları üçün risklər səbəbindən Rusiyanı tərk edib. Bu il xaricə axının 3000 varlı səviyyəsində olacağı proqnozlaşdırılır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bunu Britaniyanın “Henley & Partners” konsaltinq şirkətinin Private Wealth Migration Report 2023 araşdırmasının məlumatları sübut edir.
Milyonçuların mühacirətinə görə birinci yerdə Çin gəlir. Ötən il ölkəni 10,8 min nəfər tərk edib. Bu il xaricə axının 13500 milyonçu olacağı gözlənilir. Çin üçün ölkə iqtisadiyyatının artımı kritik yavaşladığı üçün belə bir çıxış çox vacibdir.
Milyonçuların mühacirətinə görə ikinci yerdə Hindistandır. 2022-ci ildə 7500 milyon insan ölkəni tərk edibsə, bu il xaricə axının 6500 nəfər olacağı proqnozlaşdırılır. Lakin bu ölkədə yeni milyonçuların sayı varlı mühacirlərin sayından daha sürətlə artır.
Araşdırma göstərib ki, Avstraliya (2022-ci ildə +3800 və 2023-cü ildə +5200), Birləşmiş Ərəb Əmirlikləri (müvafiq olaraq +5200 və +4500) və Sinqapur (+2900 və +3200) milyonçular üçün ən cəlbedici olaraq qalır.