Həftənin ilk “Açıq mikrofon” aksiyası Gədəbəydə keçirildi
19 iyun 2023 17:49 (UTC +04:00)

Həftənin ilk “Açıq mikrofon” aksiyası Gədəbəydə keçirildi

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Səyyar qəbul otağı” Gədəbəy rayonunun sakinləri üçün təşkil olunub.

Lent.az xəbər verir ki, aksiyaya qatılan 12 sakindən 3-ü Pərizamanlı, Ərtəpə və Soyuqbulaq kəndinin qazlaşdırılmasını istəyib. Qalan digər 9 müraciətə gəlincə isə bunlar fərdi yaşayış evinin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi və Qoşabulaq kəndinin genişlənmiş ərazisinin qazlaşdırılmasından ibarət olub.

Şəmkir RQİİ-nin rəhbər şəxsləri ünvanlanan bütün müraciətlərlə bağlı ətraflı məlumat verdikdən sonra problem və təkliflərin Birliyin səlahiyyətləri çərçivəsində həll olunacağını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1838

Oxşar yazılar