Həssas qrupdan olan insanlar üçün yeni iş imkanları -FOTO
27 aprel 2023 16:15 (UTC +04:00)

Həssas qrupdan olan insanlar üçün yeni iş imkanları -FOTO

Nitq və eşitmə məhdudiyyətli insanların cəmiyyətə interqrasiyası və peşə hazırlığı, eləcə də müəyyən peşə üzrə iş tapması həssas və xüsusi diqqət tələb edən mövzudur. Bu baxımdan da “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün davamlı sosial layihəsi olan “Təlim məktəbi”ni həyata keçirir. Layihənin 2022-2023-cü illərdə manikür üzrə keçirilən təlimlərində 20 nəfər xanım iştirak edərək bu peşə üzrə dərin biliklərə yiyələniblər. Onlar layihənin davam etdiyi müddətdə təkcə manikür ustalığının sirlərini mənimsəmədilər, həmçinin mobil operator tərəfindən öz bizneslərini qurmaq, müstəqil fəaliyyətləri üçün zəruri avadanlıqlarla təmin olundular. 

Həyatı dəyişdirən imkan

Layihənin iştirakçıları “Təlim məktəbi”ni təkcə özlərinin müstəqillik qazanmaları və cəmiyyətə inteqrasiyalarının ən yaxşı yolu deyil, həm də  özlərinin məşğulluğu və həyatlarını kökündən dəyişəcək imkan adlandırırlar. Onların yeganə arzusu layihə başa çatandan sonra işlə təmin olunmaq olub. Budur, “NAR” onlara öz kiçik bizneslərinə başlamaq üçün lazımi avadanlığı hədiyyə edib. Bu, onların öz bizneslərinə başlamalarına və müstəqil ayaqda durmalarına şərait yaradacaq. 


 
“Mən istədiyimə nail oldum. Özümü cəmiyyətə faydalı bir şəxs kimi görürəm. Peşə təlimlərindən əvvəl həvəssiz idim. Heç düşünməzdim ki, nə vaxtsa öz işimi qura biləcəyəm. Bu təlimlər mənim həyatımı dəyişdi. Buna görə “NAR”-a minnətdaram”- deyə layihə iştirakçısı Həvva Həsənli sevincini bölüşdü: “Əgər özüm manikür peşəsini öyrənsəydim, çoxlu vəsait xərcləməli olacaqdım. Üstəlik, öz biznesimi qurmaq üçün də əlavə xərclər lazım idi. Amma “NAR” bizi bu qayğıdan azad etdi”.
Layihə iştirakçısı Fidan Novruzova hər gün Lökbatan qəsəbəsindən təlimlərin keçirildiyi Ramana qəsəbəsinə gəlib: “Təlim məktəbi” həyatımda mühüm mərhələ olub. Layihə mənə həyat eşqi verib, cəmiyyətə öz əməyimlə töhfə verə biləcəyimi anladıb. Özümü heç vaxt bu qədər xoşbəxt hiss etməmişik”,- deyə minnətdarlıq hisslərini bildirdi. 

“NAR”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov təlimi başa vuran iştirakçılardan az sevinmir:  “NAR”-ın kommersiya fəaliyyətinə başlar-başlamaz uğurlu fəaliyyəti ilə yanaşı, sosial layihələrə böyük önəm verməsi artıq hamıya məlumdur. Sosialyönümlü layihələrimizin istiqaməti müxtəlifdir. Nitq və eşitmə məhdudiyyətli insanlara dəstək ən çox önəm verdiyimiz layihələrdir. Əsas məqsədimiz bu insanların daim ünsiyyətdə qalmalarına dəstək olmaq, maliyyə azadlıqlarının təmin edilməsi və yeni peşələrə sahib olmalarıdır”. “Təlim məktəbi” layihəsindən danışan Ə.Axundov layihənin artıq bir neçə ildir, uğurla davam etdiyini qeyd etdi: “Layihə çərçivəsində 300-ə yaxın insan yeni peşələr öyrənib, yeni biliklərə yiyələniblər. Çox inanıram ki, onlar həyatlarını daha yaxşıya doğru dəyişməyə nail olublar”. 


 
Layihənin müddəti başa çatsa da, “NAR” təlimi bitirənlərə yardımını yenə davam etdirib. İştirakçı xanımlardan birinin: “Yaxşı olar ki, yalnız peşə təlimi verməyəsiniz, biznesimizi qurmaq üçün bizi lazımı avadanlıqlarla da təmin edəsiniz” müraciətinə həssaslıqla yanaşılıb: “Bu, layihədə nəzərdə tutulmamışdı. Təklifi rəhbərliyə çatdıranda dərhal müsbət cavab aldıq. Təlimi bitirən xanımların hamısına manikür ustalığı üçün zəruri olan bütün avadanlıqlar hədiyyə olunub. Ümidvaram ki, bu layihə iştirakçıların maliyyə azadlığını təmin etməklə yanaşı, sevdikləri bir peşəyə sahib olmalarına da dəstək olacaq”. Ə.Axundov qeyd etdi ki, “Təlim məktəbi” bundan sonra da davam edəcək: “Layihə təkcə Bakını deyil, regionları da əhatə edəcək”.

İş dünyasına körpü

“Təlim məktəbi” layihəsi “Karlara Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reablitasiya Mərkəzində həyata keçirilib. Layihənin yekunu olaraq iştirakçılara təqdim olunan sertifikatlar onlar üçün iş dünyasına əsl körpü rolunu oynayıb.

BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov haqlı olaraq layihəni “NAR”ın xeyriyyəçiliyi və yardımı deyil, Azərbaycanın gələcəyinə qoyulan yatırımı adlandırır: “NAR” məsuliyyətli bir şirkət kimi həmişə cəmiyyətin həssas qruplarının yanında durur. Layihədə iştirak edən xanımların da öhdəlikləri olmalıdır. Yaxşı olar ki, onlar təlim müddətində öyrəndiklərini bundan sonra layihələrdə iştirak edəcək digər gənclərə öyrətsinlər”.  


 
“Karlara Dəstək” İctimai Birliyinin rəhbəri Kamran Abasov layihəni elm və təhsilə, dövlətin peşə strategiyasına dəstək kimi dəyərləndirir: “Bu təlimlər gələcəkdə eşitmə və nitq məhdudiyyətli gənclərin müstəqil fəaliyyət göstərmələrinə, məşğulluqlarını təmin etməyə imkan verəcək. Peşə təlimləri bu kimi həssas qrupları həyata bağlayır, onların cəmiyyətdə iştiraklarına dəstək olur”.

“NAR”ın dəyişməyən ənənəsi 

“NAR” Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasını fəaliyyətinin ən vacib istiqamətinə çevirərək nitq və eşitmə məhdudiyyətli insanların əmək yararlılığına və cəmiyyətə inteqrasiyasına dəstək üçün “Təlim məktəbi” layihəsini həyata keçirib. Layihə 2016-cı ildən bölgələrdə və paytaxtda uğurla həyata keçirilir.

“Təlim məktəbi” çərçivəsində eşitmə və nitq məhdudiyyətli insanlar müxtəlif peşələr üzrə praktiki təlimlərə və iş bacarıqlarına yiyələnir, eyni zamanda iştirakçıların uyğun iş yerləri ilə təmin olunmalarına dəstək göstərilir. Artıq təcrübəli mütəxəssislər tərəfindən aşpaz, şirniyyat ustası, motorçu, smartfon təmiri, dərzi, bərbərlik kimi ixtisaslar üzrə təlimlər təşkil olunub. Əksər iştirakçılar artıq bu sahələr üzrə əmək fəaliyyətinə  başlayıblar. Ümumilikdə, təlimlərdən bu günə qədər 200-dən çox insan faydalanıb.

Layihənin “Eventiada IPRA Golden World Awards 2019” beynəlxalq müsabiqəsində “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olmasında da məhz bu amillər rol oynayıb. 


 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1841

Oxşar yazılar