İmişlidə vətəndaşların müraciəti dinlənildi - FOTO
17 iyun 2022 18:50 (UTC +04:00)

İmişlidə vətəndaşların müraciəti dinlənildi - FOTO

"Yaşadığımız Hacalmuradlı kəndi meşə zolağından kənarda yerləşir. Odun əldə etmək üçün ətraf kəndlərə, rayonlara getməyə məcbur oluruq. Bu da həm meşələrin qırılması, həm də əlavə xərc deməkdir. Bütün kənd sakinləri adından sizdən xahiş edirəm bu kəndin qazlaşdırılmasını həyata keçirin".

Lent.az xəbər verir ki, bu sözləri İmişli rayonunun Hacalmuradlı kənd sakin Xeyrulla Şıxəliyev "Açıq mikrofon" aksiyası çərçivəsində vətəndaşlarla keçirilən görüş zamanı bildirib.  Qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri açıq şəkildə səsləndirilmələri üçün "Səyyar qəbul otağı" vətəndaşların ixtiyarında olub. Kənd sakinləri bu kəndin qazlaşdırılması ilə bağlı Birlik rəhbərinə müraciət ediblər. 

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Əsaslı tikinti şöbəsinin rəis müavini Hikmət Əsgərov, Salyan Regional qaz istismarı İdarəsinin rəisi Azər Musayev və Birliyin digər məsul şəxsləri vətəndaşların müraciətlərini dinləyərək, ünvanladıqları sualları cavablandırıblar.
 Hacalmuradlı kənd sakinləri ilə yanaşı, ətraf kəndlərdən də vətəndaşlar aksiyaya üz tutublar. Onlar da qaz təsərrüfatı ilə bağlı problem və təkliflərini səsləndiriblər.

# 1248
avatar

Oxşar yazılar