Lerikdə qaz təsərrüfatına dair ünvanlanan suallar cavablandırıldı -FOTO
24 may 2022 18:25 (UTC +04:00)

Lerikdə qaz təsərrüfatına dair ünvanlanan suallar cavablandırıldı -FOTO

Vətəndaşların yerlərdə problemlərinin dinlənilməsinə və onların icrasına xidmət edən “Açıq mikrofon” aksiyası bu dəfə Lerik rayonunda baş tutub. Aksiyaya rayonun müxtəlif kəndlərindən üz tutan 25-dək sakin qarşılaşdıqları çətinliklərdən söz açıblar. 

Lent.az xəbər verir ki, əsasən kənd yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı müraciətlər rayonun Pirasora, Şinqəbula, Gürdəsər, Günəşli, Mololan, Lərmərud və digər kəndlərin sakinləri tərəfindən ünvanlanıb. Lerik şəhəri Həzi Aslanov küçəsində yaşayan Firudin Səfərov yaşadıqları küçənin qazlaşdırıldığını, lakin sonradan inşa edilən 5 fərdi yaşayış evində mavi yanacaqdan istifadənin qeyri-mümkün olduğunu bildirərək, həmin hissədə də küçə qaz xəttinin çəkilməsini xahiş edib.

 Rayonun Məhləabad kənd sakini Asif Hüseynov və Kəlbəz kənd sakini Habil Quluzadə yaşadıqları ünvanın qarşısından keçən qaz xəttinin onlara mane olduğunu qeyd edərək, qaz xəttinin yerinin dəyişdirilməsini xahiş ediblər. Birliyin rəhbər şəxsləri daxil olan hər bir müraciətlə bağlı ətraflı izahatlar veriblər. 

Sakinlərə ünvanlanan hər müraciətin araşdırılması, lazımi tədbirlərin görüləcəyi ilə bağlı məlumat verilib.

# 1461
avatar

Oxşar yazılar