Payız-qış mövsümünə hazırlıq və görülən işlər “Açıq qapı”da 
22 sentyabr 2023 14:05 (UTC +04:00)

Payız-qış mövsümünə hazırlıq və görülən işlər “Açıq qapı”da 

SOCAR “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası baş tutub.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu dəfə cari ilin yanvar-avqust ayları ərzində qeydə alınmış statistik məlumatlar media nümayəndələrinin diqqətinə çatdırılıb. İlk olaraq 8 ay ərzində istehlakçılara satılan qazın həcmini diqqətə çatdıran Birliyin Abonent bazasına xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov bu rəqəmin 4,9 milyard kubmetr olduğunu bildirib. Satılan qazın dəyərinin 100,3%-nin toplandığını qeyd edən qurum rəsmisi bu dövr ərzində yeni qeydiyyata alınmış abonentlərin sayını da açıqlayıb. Yanvar-avqust ayları ərzində 43 073 yeni abonentin qeydiyyata alınması ilə ölkə üzrə istehlakçı sayının 2 554 603-ə çatdığı vurğulanıb. 

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev payız-qış mövsümünə hazırlıq barədə ətraflı məlumat verib. Şöbə rəisi qeyd edilən mövsümə SOCAR “Azəriqaz” İB-nin tam hazır olduğunu bildirib ki, burada da fors-major halları istisnadır. Eldəniz Vəliyev media nümayəndələrinin diqqətinə Birliyin işçi sayında qeydə alınan artımı da çatdırıb. Artıq SOCAR “Azəriqaz” İB-nin ailəsi böyüyərək 10 000 nəfərə çatıb ki, bu da abonentlərə daha sürətli və daha keyfiyyətli xidmətin göstərilməsinə hesablanıb. "Hər atılan addımın səbəbi abonent məmnunluğudur"-, deyə qurum rəsmisi bildirib. 
Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1944
avatar

Arzu Qurbanlı

Oxşar yazılar