Qarabağ mətbəxinin inciləri “Rebuild Karabakh” sərgisində
02 oktyabr 2025 14:50 (UTC +04:00)

Qarabağ mətbəxinin inciləri “Rebuild Karabakh” sərgisində

0

14–16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən 5-ci Yubiley “Rebuild Karabakh” sərgisində ilk dəfə olaraq “Qarabağ Kuboku” – Milli Mətbəx İrsi Çempionatı keçiriləcək.

Bu il “Rebuild Karabakh” sərgisi öz ilk yubileyini qeyd edəcək. Bu əlamətdar hadisə sərgilərin tədbirlər proqramında da öz əksini tapacaq.

“Rebuild Karabakh” sərgisi regionun mədəni irsinin qorunması və tanıdılması istiqamətində vacib platformaya çevrilmişdir. Qarabağ mətbəxinə və milli kulinariya irsinin təbliğinə həsr olunmuş Milli Mətbəx İrsi Çempionatı – «Qarabağ Kuboku» Qarabağın zəngin mədəniyyətini beynəlxalq ictimaiyyətə təqdim etməyə imkan yaradacaq.

Çempionat “Caspian Event Organisers” şirkətinin və Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkilati dəstəyi ilə Azərbaycanın Dünya Kulinariya İcmaları Assosiasiyası (Worldchefs) və Kulinariya İrs Komitəsinin rəsmi üzvü olan Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilir.

“Qarabağ Kuboku” çərçivəsində iştirakçılar ənənəvi plov, dolma, quş, ət və balıq yeməkləri, eləcə də Qarabağ mətbəxi və müasir interpretasiyalar üzrə yarışacaq. Proqramda, həmçinin, regional şirniyyat sərgisi və “Qarabağ” mövzusunda qida heykəltəraşlığı sərgisi də yer alacaq.

Təşkilatçılar çempionatın tərəfdaşları üçün həm peşəkarlar, həm də kulinariya həvəskarlarından ibarət geniş auditoriyaya öz məhsullarını tanıtmaq üçün çevik imkanlar təqdim edirlər. Tərəfdaşlar çempionat iştirakçılarına öz məhsullarını təqdim etməklə yanaşı, sərgi ziyarətçilərinə də nümayiş etdirmək imkanı əldə edirlər. Bundan başqa, tərəfdaşlara ustad dərsləri zamanı stendin ayrıca sahəsində məhsulları nümayiş etdirmək və istifadə etmək imkanı verilir.

“Rebuild Karabakh” sərgisində şirkətlər informasiya texnologiyaları, investisiyalar, ekologiya, alternativ enerji, inşaat, inşaat materialları, kənd təsərrüfatı, kimyəvi məhsulların topdan satışı, mədənçilik, nəqliyyat, təhlükəsizlik, qida sənayesi, yol tikintisi və infastrukturu sahəsində məhsul və həllər təqdim edəcəklər.

Tədbirə dəstək göstərən qurumlar sırasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı, Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyi,  Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Qarabağ Dirçəliş Fondu və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) yer alır.

“Rebuild Karabakh” sərgisinin Rəqəmsal Həllər üzrə Rəsmi Tərəfdaşı “AzinTelecom” şirkətidir.

Xəzər İnşaat Həftəsinin Baş sponsoru qismində “PMD Group” çıxış edir. Sərgilərin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” çıxış edir. Sərgilərin rəsmi oteli  “Absheron Hotel Group”dur. 2025-ci ilin payız sərgilərinin Rəsmi otel tərəfdaşları – “Hilton Baku”, “Radisson Hotel Baku”, “Hilton Garden Inn Baku”, “Ibis Baku City”; Rəsmi florist tərəfdaşları – “Gloria Flowers” və “Buketeria”; Rəsmi turizm tərəfdaşı – “Greenwich Travel Club”; digər rəsmi tərəfdaşlar arasında isə “AzExpoMontage LLC” və “Caspian Freight Services” şirkətləri yer alır.

Tədbirin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar