Sahibkarlarla növbəti görüş Gəncədə keçiriləcək
11 iyun 2023 14:12 (UTC +04:00)

Sahibkarlarla növbəti görüş Gəncədə keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Lent.az-ın xəbərinə görə, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Gəncə şəhərində görüşü təşkil olunacaq. Aksiya Məhəmməd Füzuli Parkında baş tutacaq.

“Səyyar qəbul otağı” iyunun 13-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2369

Oxşar yazılar