Şəhid ailələri ziyarət olundu - FOTO
27 sentyabr 2023 12:32 (UTC +04:00)

Şəhid ailələri ziyarət olundu - FOTO

27 sentyabr - Anım Günü ilə əlaqədar SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbərliyi Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə birgə şəhid ailələrini ziyarət ediblər.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhid Zeynalov Arzu Rövşən oğlunun və Ələsgərov Pərviz Lətif oğlunun ailə üzvlərinin qayğı və problemləri ilə maraqlanılıb. Şəhid ailələri onlara göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

# 1170
avatar

Arzu Qurbanlı

Oxşar yazılar