Unibank ölkədə sahibkarlığın inkişafı istiqamətində dəstək tədbirlərini davam etdirərək, mikro biznes üçün tətbiq etdiyi “Payız endirimi” kampaniyasının müddətini uzadıb. Mikro sahibkarlar noyabrın 30-dək 50 000 AZN-dək mikro kreditlər üzrə dörd fərqli güzəşt paketindən birini seçə bilərlər.
Kampaniya çərçivəsində sahibkarlara təqdim edilən endirim paketləri aşağıdakılardır:
• Paket 1: Cari illik faiz dərəcəsinə 4%-dək endirim
• Paket 2: Fəaliyyət sahəsindən asılı olaraq 12 ayadək güzəşt müddəti
• Paket 3: 0% komissiya
• Paket 4: Zaminsiz kredit imkanı
Sahibkarlar bu paketlərdən birini seçməklə, bizneslərini daha sərfəli maliyyələşdirmə şərtləri ilə inkişaf etdirmək imkanı əldə edirlər. Kreditlər mikro sahibkarların ehtiyaclarına uyğunlaşdırılaraq, onların fəaliyyətini mövsümə uyğun şəkildə dəstəkləməyi hədəfləyir.
Unibank hər zaman olduğu kimi, sahibkarların maliyyə resurslarına daha rahat və əlçatan çıxışını təmin etməkdə davam edir. Öz biznes planlarını gerçəkləşdirmək istəyən mikro sahibkarlar bankın filiallarına müraciət edə bilərlər: “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Sədərək”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan”, “Beyləqan” və “Lənkəran”.
Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud rəsmi sosial media hesablarından (www.facebook.com/unibank.az, https://www.instagram.com/unibank.az/) əldə etmək olar.
Unibank - Sənin Bankın!